Ermənistanın Kotaysk məhkəməsi rus turist Maksim Nikitenkonu 2 ay həbsə və 89 min rubl cəriməyə məhkum edib
Avropa.info xəbər verir ki, rus turist Qarni məbədinə qarşı vandallıq aktına yol verməkdə günahkar bilinir.
2016-cı ilin sentyabrında həmin şəxs xristianlıq öncəsi erməni məbədinin divarında qırmız boya ilə yazı yazmışdı. Bu hərəkətdən sonra mühafizə xidməti onu həbs etmişdi.
Qarni məbədi xristianlıq öncəsi qədim erməni tanrısının şərəfinə ucaldılıb. Məbəd Yerevandan 28 km şimalda, Kotaysk vilayətində yerləşir.
