|
Bayraqla “oyun çıxaran” tələbənin cəzası nə olacaq?

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Məhəmmədov Pərvizin Azərbaycan bayrağın ilə anormal davrandığına görə universitetdən qovulması neçə gündür ki, müzakirə olunur.  Bəzi insanlar bu tələbənin universitetdən kənarlaşdırılmasına bəraət qazandırır, hətta inzibati cəzaların verilməsini tələb edirlər. Bəziləri isə universitetin bu qərarının amansız olduğunu, bir tələbənin təhsildən məhrum edilməsini tənqid ediblər.

Qeyd edək ki, bir gün öncə həmin tələbə Məhəmmədov Pərviz video ilə müraciət edərək etdiyi hərəkətdən peşmançılığını ifadə edib, müəllimlərdən üzr istəyib.

Bundan sonra onun universitetə bərpa olunduğu kimi xəbərlər də yayılıb. Bəs görəsən,  müzakirəyə səbəb olan tələbə ilə bağlı son qərar verildimi? Bu və digər suallara aydınlıq gətirmək üçün ekspertlərə müraciət etdik...

BDU-da yeni təyinat

Günel Orucəliyeva

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirdi ki, BDU Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu BDU tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib.

Pərviz Məhəmmədov BDU-nun rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş edib. Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcəkdir. Bu səbəbdən bununla bağlı əlavə söz deyə bilməyəcəm, çünki komissiya bununla məşğul olur”.

Prezident o şöbəni darmadağın etdi və doğru etdi!” - Qulu Məhərrəmli

Qulu Məhərrəmli

BDU-nun jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli bildirdi ki, bütün hallarda tələbə ilə bağlı məsələyə yenidən baxılması müsbət haldır: “Tələbənin işi dərsini oxumaqdır. Müəyyən davranış qaydalarına əməl etməkdir. Görünür, elə situasiya yaranıb ki, o cür qərar qəbul olunub. Ümumiyyətlə, mənim düşüncəmə görə universitetə qəbul olunan birinci kurslara bir yaddaş kitabçası paylanmalıdır. Tələbə bilsin ki, universitet nədir, hansı elm ocağıdır, bunun ənənəsi nədir. Sən tələbə olaraq burda necə davranmalısan. Kitabxanadan necə istifadə etməlisən, internet şəbəkəsində nələrdən istifadə edə bilərsən və sairə. Nəzərə alsaq ki, bu uşaqlıqdan yeni ayrılan adamdır, onun müəyyən təsəvvürləri bərkiməyib, bunların hamısı qeyri-normal davranışa gətirib çıxara bilir”.

Kamran Əsədov: DİM-ə qarşı məhkəmə iddiası qaldıracağam

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov da münasibət bildirib: “Bu məsələ onu göstərdi ki, Azərbaycanda onlayn təhsillə bağlı qaydalar hələ də müəyyənləşməyib. Bizdə onlayn dərslərin hüquqi bazası yoxdur. Biz 2020-ci ilin mart ayından bəri dərsləri onlayn qaydada keçiririk. Hələ də bunun davranış qaydaları tənzimlənməyib. Bu formada dərslərin onlayn qaydada keçirilməsi olduqca çətindir. Bu həm müəllim, həm də tələbələr üçün çətindir. Heç də hamının alətləri- planşet, telefon, interneti yoxdur ki, bunu təşkil etsin. Adi dərslərlə müqayisədə bu bir az çətin dərslərdir. Dərsin gedişində nə baş verdi? Təbii ki, BDU həmin məsələdə daha çox bayraq məsələsini qabartmışdı. Amma qeyd edim ki, orda tək bayraq məsələsi deyildi. Mənim məsələyə münasibətim belədir ki, həmin tələbə digər tələbələrin təhsil alma hüququnu pozdu, ikincisi qadın müəllimə yaşlıdır, bu formatda dərs keçmək çətindir. Amma buna baxmayaraq yüksək əhval ruhiyyə ilə dərs keçir. Amma həmin tələbə müəllimə qarşı hörmətsizlik nümayiş etdirdi. Üçüncüsü, bu an neçə dəfə baş verib, müəllimdən başqa o universitetin tyutoruna qarşı, onun şəxsi telefonuna iş vaxtından sonra nalayiq sözlər, ifadələr yazıb. Təbii ki, bu faktlar tələbəyə qarşı inzibati tənbehin qaçılmaz olduğunu göstərir. Hər kəs deyəcək ki, gəncdir. Onun yaşında olan insanlar Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan bayrağını qaldırırlar, qorumaq üçün canlarını verirlər. Deyirlər ki, “2” alanlar döyüşlərdə tarix yazırlar. Hər kəs əməllərinə görə cəzalanmalı, mükafatlandırılmalıdır. Düzdür, o gəncdir. Amma video yayıldı, o öz səhvinə görə üzr istədi, universitet tələbənin peşmançılığını, valideynlərin müraciətini nəzərə alaraq məsələyə yenidən baxır.

Amma sonra ikinci video da yayıldı. Deyildi ki, bu həmin tələbə deyil, bir başqası imiş. Bu daha böyük qəbahətdir. Qaydalara görə, ali təhsil müəssisəsinin daxili nizam intizamını pozan tələbə birbaşa tələbələr sırasından xaric edilir. BDU-nun qərarı qanunsuz deyildi. Sadəcə bir az sərt idi, bu da normaldır. Dərsə laqeyd yanaşıb. Eyni zamanda müəllimə qarşı hörmətsizliyinə haqq qazandırmaqla digər tələbələrə də pis nümunə olur. Bəziləri deyir ki, universitet tələbəni tərbiyələndirməlidir. BDU-nun 24 min tələbəsi var, 3 min müəllimi, cəmi 4 prorektoru var. Birincisi, qanunvericiliyə görə,  ali təhsil müəssisəsi tərbiyə ocağı deyil. Ixtisaslı kadr hazırlayan müəssisədir, əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirir. O tərbiyəni ailəsində, orta məktəbdə almalıdır. Universitet təzə dərsə başlamış tələbəni necə tərbiyələndirə bilərdi. Dəfələrlə xəbərdarlıq olunub, amma bəzən gənclərimiz eyforiyaya qapılırlar, sosial şəbəkədə “like” toplamaqla nüfuza sahib olduğunu düşünürlər. Amma bu ölkə sosial şəbəkə qanunları ilə idarə olunmur.  Sosial şəbəkədə populyar olan şəxs hər hansı bir hüquqa təsir göstərə bilməz. Cəza olmalı idi, amma BDU humanizm göstərdi, həmin tələbəyə müəyyən cəza verəcək, amma bu onun üçün sonuncu olacaq. Bundan sonra bir də belə  hərəkətlərə yol verilərsə, daha sərt cəzalar olacaq, təbii ki, geri qayıtmamaq şərtilə”.