Kanadalı rok ifaçısı Avril Lavin məşhurların sevimli bölgəsi Malibuda yeni lüks ev alıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni malikanəsi üçün 7 milyon 800 min dollar ödəyib.
Lüks villa sənətçi Ledi Qaqanın 23 milyon dollara aldığı villanın yaxınlığında yerləşir. 1960-cı ildə inşa edilən malikanə okean mənzərəsi ilə seçilir. Müasir və fərqli memarlıq üslubuna malik ev Malibu sahillərinə yaxın ərazidədir.




