İngiltərə Premyer Liqasında X tur davam edir.
Apasport.az saytının məlumatına görə, tur çərçivəsində daha üç oyun keçirilib.
Liderlər qrupunda yer alan “Tottenhem”lə “Çelsi” London derbisində üz-üzə gəlib. Qarşılaşma qolsuz sülhlə başa çatıb.
“Sauthempton”la görüşən “Mançester Yunayted” 2 top buraxsa da, geridönüş etməyə müvəffəq olub. 3 qol vuran mançesterlilər 3 xal qazanıb.
“Arsenal” öz meydanında “Vulverhempton”la görüşüb. “Topçular” növbəti məğlubiyyətini alıblar.
Qeyd edək ki, turun son iki matçı noyabrın 30-da keçiriləcək.
İngiltərə Premyer Liqası
X tur
29 noyabr
“Sauthempton” – “Mançester Yunayted” – 2:3
Bednarek, 23, Uord-Praus, 33 – Fernandes, 59, Kavani, 74, 90+3
“Çelsi” – “Tottenhem” – 0:0
“Arsenal” – Vulverhempton” – 1:2
Qabriel, 30 – Neto, 27, Podense, 42
