Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Arsenal"dan Nikolas Pepe, "Tottenhem"dən Karlos Vinisius, "Bayer"dən Kerem Demirbay və PSV-dən Kodi Qakpoyer yer alıb.
Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.
