|
Avropa Liqasında qrup mərhələsinin II dövrəsi başlayır

Bu gün Avropa Liqasında qrup mərhələsinin II dövrəsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, IV tur çərçivəsində 12 qrupda 24 oyun keçiriləcək.

Birinci dövrəni xal itirmədən başa vuran 4 komanda səfər sınağına çıxacaq. 4-cü qələbə üçün meydana çıxacaq “Arsenal” “Molde”nin, “Lester” “Braqa”nın qonağı olacaq. “Hoffenhaym” Çexiyada “Slovan”la görüşəcək.

Azərbaycan çempionu “Qarabağ” Türkiyənin “Sivasspor” klubunu qəbul edəcək. Bu qrupda keçirdiyi bütün görüşlərdə qalib gələn “Vilyarreal” İsraildə Təl-Əviv “Makkabi”sini sınağa çəkəcək.

Avropa Liqası
IV tur
26 noyabr

A qrupu
21:55. MOİK (Sofiya, Bolqarıstan) - “Yanq Boyz” (İsveçrə)
00:00. ÇFR (Rumıniya) - “Roma” (İtaliya)