Hamiləliyinin sonuncu aylarını yaşayan rusiyalı müğənni Keti Topuriya ərə gedib.
Axşam.az xəbər verir ki, 34 yaşlı sənətçi 2 ildir eşq yaşadığı iş adamı Lev Denqovla noyabrın 20-də nikah masasına oturub.
Cütlük fotolarını isə ötən gün sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, 2-ci dəfə ailə həyatı quran Ketinin əvvəlki nikahından Oliviya adlı qızı var.

