|
Yaponiyanın daha bir prefekturasında quş qripi xəstəliyi aşkarlandı

Yaponiya hakimiyyəti ölkənin cənub-qərbində yerləşən daha bir prefekturasında quş qripi xəstəliyini aşkar edib.

Trend-in məlumatına görə, bu barədə Kyodo agentliyi bildirib.

Xəstəliyin ocağı Fukuoka prefekturasının Munakata şəhərinədə yerləşən quşçuluq təsərrüfatında olduğu qeyd edildi

 

Sanitariya tədbirləri çərçivəsində prefekturanın rəhbərliyi orada təxminən 93,5 min toyuq kəsmək niyyətindədir.