|
Göygöldə mağazadan 3 min manatlıq oğurluq edilib

Göygöl rayonunda mağazda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3 000 manat dəyərində tütün məmulatı, spirtli və energetik içkilər oğurlamaqda şübhəli bilinən şəhər sakinləri V.Bağırov, əvvəllər məhkum olunmuşlar Z.Heydərzadə və O.Süleymanov saxlanılıblar.