|
Milli Məclisin iclasında spikerdən deputatlara və media mənsublarına çağırış

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova əvvəlcə Milli Məclisin üzvləri arasında koronavirusa yoluxanlarla bağlı danışaraq hər kəsə şəfa arzuladı və ardınca tövsiyyələrini dilə gətirdi. “Sizdən də xahiş edirəm ki, özünüzü qoruyun, çünki qarşıda bizi çox önəmli işlər gözləyir”, S.Qafarova bildirdi.

Spiker xatırlatdı ki, qarşıda dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi var. “Mən xahişedirəm və tələb edirəm xəstəlikdən qorunmaq üçün göstərişlərə əməl edin”. Sədr ardınca müdia təmsilçilərinə də tövsiyələrini verdi, onları virusdan qorunmaq üçün qaydalara əməl etməyə çağırdı. “Koronavirusa qarşı mübarizə ümumxalq işidir və biz hamımız bu mübarizədə fəal iştirak etməliyik”, - sədr əlavə etdi.

Daha sonra yetərsayın olduğu iclasda, vəziyyətlə əlaqədar olaraq, birbaşa gündəlikdəki məsələlərin müzakirəsinə keçildi.