Milli Məclisin plenar iclasında Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Birinci vitse-spiker Əli Hüseynli bildirdi ki, bu qanun layihəsi, həmçinin “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) Prezident tərəfindən parlamentə təqdim olunub. Layihələr barədə qısa məlumat verildi və çıxışa yazılanlar olsa da, çoxsaylı deputatların təklifi əsasında birbaşa səsverməyə keçildi.
Sədr Sahibə Qafarova “xahiş edirəm diqqətli olun, çünki bir çox deputatlar iclasda iştirak etmir”, deyərək, koronavirusa yoluxanlara işarə etdi. Bundan sonra qanun layihələri maddələrlə səsverməyə çıxarıldı və ikinci oxunuşda qəbul edildi.
