|
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərinin ikinci turunda da qalib gəlib

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 21-də ölkə parlamentinə keçirilən seçkilərinin ikinci turunun nəticələrinin hesablanamasını başa çatdırıb.

AZƏRTAC Gürcüstan MSK-ya istinadla xəbər verir ki, ilkin nəticələrə əsasən, ölkə üzrə 17 majoritar dairədə keçirilən ikinci turda “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası böyük üstünlüklə qalib gəlib.

Beləliklə, seçkilərin hər iki turunun nəticələrinə görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası X çağırış parlamentində 150 mandatın 90-nı əldə edib. Digər 60 yer isə seçkilərin ilk mərhələsində iştirak edən 8 müxalifət partiyası arasında bölünüb.