|
İşğaldan azad edilən iki kəndin adı dəyişdirildi

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanun layihələri müzakirəyə çıxarılıb.
Komitə sədri Siyavuş Novruzov layihələr barədə məlumat verib. Bildirib ki, layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qanun layihələri səsə qoyularaq yekdilliklə qəbul edildi.