|
Moskvada koronavirusdan daha 77 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 77 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 77 xəstə dünyasını dəyişib".

 

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 159 nəfərə çatıb