|
Havalar isinən kimi bu donları geyinəcəklər -

2015 yaz-yay mövsümünün diqqət çəkən parçalarından biri də Pinafore geyimləridir.

Önlük don mənasını verən Pinafore geyimləri yaz-yay aylarının əsas geyimi olmağa namizəddir. Pinafore donlar bundan neçə il əvvəl geyimləri təmiz saxlamaq üçün taxılan önlükdən ilham alınaraq dizayn edilib və bu gün özünə moda dünyasında yer ayırıb. 

“Emilio Pucci”, “Jil Sander”, “Paul&Joe”, “Karen Ualker” kimi məşhur dizaynerlərin 2015 kolleksiyasında yer alan bu geyimlər daha çox köynək və qısaqol koftalarla kombinə edilir.