|
Ermənilər Ağdamın 6 kəndini boşaldırlar

Ermənilər müvafiq müqaviləyə uyğun olaraq Azərbaycan torpaqlarını boşaldırlar.
Martakert (keçmiş Ağdərə) ərazisinin administrasiya rəhbəri Sasun Harutyunyan bildirib ki, 6 kəndi sabah 23:00-a kimi boşaldaraq, Azərbaycana təhvil verəcəklər. Əhali Martakertin (Ağdərənin) “Dağlıq Qarabağ”da qalan digər kəndlərində məskunlaşacaqlar.

Onlar hazırkı Ağdam rayonunun inzibati ərazisində olan aşağıdakı kəndlərdir:

1. Ağdamın Əliağalı - (Ovtaşen)
2. Ağdamın Papravənd - (Nor Karmiravan)
3. Ağdamın Qızıl Kəngərli - (Nor Maraga)
4. Ağdamın Mollalar - (Nor Aygestan)
5. Ağdamın Əlimədətli - (Nor Seisulan)
6. Ağdamın Boyəhmədli  - (Nor Haykadzhur)