|
Sevdiyinizi itirməkdən qorxursunuzsa...

İtirmək qorxusu sevgili, həyat yoldaşına qarşı yaşana biləcəyi kimi, ana, ata, yaxınlara qarşı da olur.

İtirmək qorxusu nəzarətə alınarsa, normal bir duyğu olur. Münasibətlərdə bağlılığı artırır. Bəs itirmək qorxusu nədir? İnsanlara necə təsir edir? Həyata mənfi təsir etməməsi üçün nələr etməliyik?

İtirmək duyğusu insanların sahib olduqlarını itirmək istəmədiyi bir dövrdə yaşanan duyğudur. Stressə səbəb olan hisslərdən biridir.  Bu halın qaynağı sahib olduqları xoşbəxtliyi itirmək, yalnız qalmaq və sevdikləri insandan ayrı qalmaq istəməməkdir.

Bu insanda psixi və fiziki problemlərə səbəb olur. Narahatlıq pozğunluğu, güclü stressdən dolayı depressiya yaşanır.

İtirmək qorxusunun başlıca səbəbləri sırasında ana-atanın tərbiyə üsulu əsasdır. Uşaqlıqda həyatın təhlükələrlə dolu olduğu və ətrafa güvənməmək düşüncəsi ilə böyüdülən insanlar ətrafına güvənmir və ana-ataya çox bağlı olur.

Özgüvən əskikliyi olur, başqalarına bağlı yaşaması da itirmə qorxusuna səbəb olur. Vəsvəsə halına çevrilir.

Bu qorxunun həyatı məhv etməməsi üçün nələr etməlisiz?

İnsan qarşısındakı insanın həyatına müdaxilə etməyi, onu dəyişdirməyi, onu idarə etməyi kənara qoyub bir az özünə diqqət yönəltməli, özünə vaxt ayırmalıdır.

İtirməkdən qorxduğu insanla həmişə birlikdə olmaqdan qaçmalıdır. İnsanlar həyatdakı ən dəyərli varlığın özləri olduğunu və digərlərinin sonra gəldiyini unutmamalıdır.

Cia.az