|
Natavan Həbibi ilə Dado boşandı

Müğənni Natavan Həbibi və reper Dado Əliyev boşanıb.

Bu haqda Dado sosial media hesabında yazıb. "Çox heyf, biz boşandıq",- deyə, reper bildirib.

İzləyicilər isə reperin gündəmə gəlmək üçün bu cür açıqlama verdiyini bildiriblər.

Qeyd edək ki, üç il əvvəl ailə quran cütlük tez-tez boşanma və ayrılıq xəbərləri ilə gündəmə gəlirdi. Cütlüyün Zeyn adlı oğlu var.