|
Britaniyada koronavirusdan ölənlərin sayı 52 mini ötüb

Böyük Britaniyada son sutka ərzində 20 051 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bununla da hazırda Britaniyada koronavirusa yoluxanların ümumi sayı 1 410 732 nəfərə çatıb.

Son sutkada 598 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da koronavirusa görə ölənlərin sayı 52 745 nəfərə çatıb.