Yanvar-sentyabr aylarında Azərbaycandan dəyəri 46,2 milyon ABŞ dolları olan 87,7 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, 3 rübdə ölkədən, həmçinin 154,8 milyon dollarlıq 627,7 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 3,2 milyon dollarlıq 25,6 min ton maye qaz, 6,7 milyon dollarlıq 103,9 min ton neft koksu göndərilib.
