Məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş kimi tanınır) səhhəti pisləşib.
Musavat.com bildirir ki, bu barədə rejissor Mahir Hüseynbəyli öz “Facebook” səhifəsində məlumat yayıb:
“Dostlarına və Rəmiş sənətini sevənlərə bildirmək istəyirəm ki, sənətkarın vəziyyəti ağırdır. Mənimlə heç danışa bilmədi”.
Xatırladaq ki, Xalq artisti Rafiq Hüseynov noyabrın 14-də 76 yaşını qeyd edib.
