Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.
Cəbrayıl ərazisində olarkən Ali Baş Komandan tarixi və mənəvi dəyəri yüksək olan Xudafərin körpüsünü də ziyarət edib. Zirehli hərbi maşını özü idarə edən İlham Əliyev yol boyu maraqlı və tarixi açıqlamalar verib. Onun bu mesaj -açıqlamalarını Mehriban Əliyeva lentə alıb və özünün instagram səhifəsində paylaşıllb.
27 il işğal altında qalan torpaqları ziyarət edən Ali Baş Komandan duyğusal anlar yaşayıb. O, Xudafərin körpüsünü "dostluq körpüsü" adlandırıb.
Daha sonra Cəbrayıl şəhərinə daxil olub. Şəhər isə yoxdur! Vəhşi ermənilər işğaldakı digər yaşayış məntəqələri kimi, Cəbrayılı da məhv ediblər.
Prezident bununla bağlı deyib ki, Cəbrayılda əsaslı bərpa işləri görüləcək.
Sonra isə...
Yaxşı olar ki, təfsilatı Mehriban Əliyevanın çəkdiyi kadrlara baxaraq, öyrənəsiniz.
