|
Arman Babacanyan Paşinyana:

“Xəyanətin baş verdiyini qeyd etmək lazımdır. Əsl xəyanət budur ki, müharibə zamanı buna heç də hazır olmadığımızı başa düşdük”.

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Arman Babacanyan deyib.

O, Paşinyanın öz missiyasını yerinə yetirmədiyini deyib:

“Siz və komandanız təhlükəsizlik və diplomatik missiyanı yerinə yetirmədiyinizi etiraf etməlisiniz. Daha bir xəyanət Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhlükəsizlik Şurası rəhbərlərinin hələ də öz vəzifələrində qalmalarıdır”.