|
Rafet El Roman üsyan etdi

Türkiyəli müğənni Rafet El Roman ötən gün məkanlardan birindən çıxarkən yanında gənc və gözəl xanımla görüntülənib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, Ayber Çoban adlı xanımla yalnız görüntülənən ifaçı onu heç gecikmədən mediaya təqdim edib.  Rafet “Bu xanımın adı Ayber Çobandır. O mənim biznes işlərimlə məşqul olur. Bu xanımı sizinlə tanış etməyi özümə borc bildim. Çünki, tanış etməyəndə haqqımda şaiyələr  yaranır. “Rafet 20 yaşında gənc sevgilisi ilə görüntüləndi” deyirlər. Belə şaiyələrdən  sonra isə  sosial mediada mənə qarşı ittihamlar yağır, ünvanıma deyilməyən söz qalmır” sözlərini qeyd edib.