|
Azərbaycanlıların və ermənilərin Kəlbəcəri tərk etməsini müqayisə etdikdə ortaya çıxan mənzərə

Evindən heç nə götürə bilməyən kəlbəcərlilər və unitazını da söküb aparan “kəlbəcərlilər”


Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonunu noyabrın 15-nə, Ağdam rayonunu noyabrın 20-nə, Laçın rayonunu isə dekabrın 1-dək qeyd-şərtsiz tərk etməlidir. Artıq bu gün 15 noyabrdır və ermənilər Kəlbəcər rayonunu bir neçə gündür tərk edirlər. Kəlbəcər rayonu noyabrın 15-dən Azərbaycanın nəzarətinə verilməlidir.

Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnamənin yerinə yetirilməsi deməkdir. 1993-cü ilin aprelində Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal olunandan sonra qəbul olunan Qətnamədə Ermənistan qoşunlarının Kələbəcərdən dərhal qeyd-şərtsiz çıxarılması tələbi əksini tapırdı. Lakin işğalçı Ermənistan BMT Qətnaməsinə məhəl qoymadı və 27 il 7 aydan artıq müddətdə Kəlbəcəri işğal altında saxladı. Azərbaycan Ordusunun 2020-ci il 27 sentyabrdan başlatdığı əks hücum sülhə məcburetmə əməliyyatında Ermənistan ordusunu çökdürməsi işğalçını Kəlbəcəri geri qaytarmaq məcburiyyəti qarşısında qoydu. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin tələbinin də həyata keçməsi təmin olundu.

  

Kəlbəcəri tərk edən ermənilər

İşğaldan əvvəl Kəlbəcərdə bir dənə də olsun erməni ailə yaşamırdı. Kəlbəcər rayonu işğal olunduqdan sonra orada Ermənistan süni məskunlaşdırma həyata keçirməyə başlamış və xüsusilə 1999-cu ildən sonrakı illərdə ermənilərin Kəlbəcərdə qanunsuz məskunlaşdırılması prosesi sürətlə həyata keçirilirdi. Bu, ATƏT-in prinsiplərinin, beynəlxalq konvensiyaların və Azərbaycanın qanunlarının kobud pozulması idi. 2020-ci ilin 10 noyabrında imzalanan məlum bəyanatdan sonra Kəlbəcəri tərk edən erməni əhalisi rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. Bunu Kəlbəcəri tərk edən ermənilərin özləri BBC və digər tanınmış beynəlxalq media orqanlarının hazırladığı reportajlarda etiraf edirlər. Reportajlarda ermənilər Kəlbəcərdə 21 ildir məskunlaşdığını deyirlər.

Reportajlardan o da aydın olur ki, qeyri-qanuni yaşadıqları əraziləri-Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyünə və unitazlarına qədər çıxarıb aparırlar. Üstəlik yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər. 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər.

Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırıb, lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməyib.

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun yerli azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu Kəlbəcər ərazisində Ermənistan işğalçı ordusu tərəfindən qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov götürülüb və ya itkin düşüb. Kəlbəcərin işğalı zamanı rayonun ən böyük kəndi olan Başlıbel kəndində içərisinə yaşlı insanların və azyaşlı uşaqıların da olduğu 60-dan yuxarı dinc sakin erməni əsgərlər tərəfindən mühasirəyə alınaraq qətlə yetirilimiş və əsir götürülmüşdü.

Virtual Qarabağ - Qaçqınlar, məcburi köçkünlər, əsir, girov və itkin  düşənlər

Kəlbəcəri tərk edən azərbaycanlılar

Kəlbəcərdən çıxan azərbaycanlı əhali özü ilə heç nə götürə bilməmişdi, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunmuşdu. Bütün bunlar faktdır və bu faktları danmaq mümkün deyil. Ermənilər Kəlbəcərin aboregen sakinləri olan azərbaycanlılara əyinlərindəki paltardan başqa heç nəyi götürməyə imkan verməmişdilər.

Bu gün qanunsuz yaşadıqları Kəlbəcəri tərk edən ermənilər isə hətta unitazlarını belə özləri ilə rahat və təhlükəsiz şəraitdə daşıyıb aparırlar.

 

Bu azmış kimi Kəlbəcərdəki evlərə, məktəbə, meşələrə od vururlar.

Ermənilər Kəlbəcəri tərk edir

1993-cü ilin aprelində baş verənlərlə bu gün baş verənləri müqayisə etdikdə həm də Azərbaycan və Ermənistan, azərbaycanlılarla ermənilərin arasındakı fərqin necə böyük olduğunu bütün dünya görür. Dünyanın tanınmış media kanalları ermənilərin Kəlbəcərdən çıxarkən törətdikləri vandallıqların videogörüntülərini yayır. Ermənilər bu vandallıqla özlərini dünya qarşısında rüsvay edirlər.