|
“Ermənistan elə bir zərbə aldı ki, onun özünə gəlməsi üçün illər lazım gələcək...”

Kanada hökuməti Türkiyəyə PUA-lar üçün kamera satmaqdan imtina etdi, əvəzində isə...

Fransadan sonra bu dəfə Kanada işğalçı və terrorçu Ermənistana dəstək ifadə edən addım atıb. Belə ki, Kanada Azərbaycanın erməni hərbi birləşmələrini və texnikasını hava hücumu ilə məhv etməsində rol oynayan, Türkiyə istehsalı olan PUA-ların kameralarını satmaqdan imtina edib.

Bununla bağlı danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, son vaxtlar qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi: “Biz də ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq”.

Qeyd edək ki, Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti “ANKA” zərbə PUA-ları üçün yeni texnologiya hazırlayır. Söhbət gecə-gündüz çəkiliş etmək imkanına malik olan “Cats HD” kamera sistemlərindən gedir. Məlumata görə, hazırda “Cats HD” hazırlanma prosesindədir.

ASELSAN, 2020'de Ukrayna'ya açılıyor - Kırım Haber Ajansı - QHA

Qeyd olunub ki, hələ uçuş sınaqları 2 il öncə yekunlaşan və daha qabaqcıl xüsusiyyətləri əldə etməsi üçün üzərində işlər aparılan kamera sistemləri yaxın zamanda Türkiyə istehsalı PUA-larda öz əksini tapacaq. Beləliklə, Türkiyə texnologiya sahəsində daha bir xarici asılılıq amilini ortadan qaldıracaq.

Səbəb isə oktyabrın 5-dən Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan Türkiyəyə hərbi texnologiyanın ixracına icazəni dayandırması olub. Səbəb həmin texnologiyanın Dağlıq Qarabağ münaqişəsində istifadəsi olub. Xarici KİV-də gedən məlumata görə, söhbət Türkiyənin zərbə PUA-larında istifadə olunan Kanadanın “Wescam” şirkətinin kamera sistemlərindən gedir. Türkiyə Xarici İşlər Nazirliyi Kanadanın bu qərarına cavab olaraq bildirmişdi ki, ölkəmizə bəzi hərbi avadanlığın ixracının dayandırması Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün haqlı mübarizəsinə Kanadanın göstərdiyi ikili standart yanaşmasının nümunəsidir".

Türkiyəyə dron satmayın - Erməni icmasından hökumətə ÇAĞIRIŞ

Qeyd edək ki, ötən il “Barış pınarı əməliyyatı”na (Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatı) görə Türkiyəyə silah satışını dayandıran Kanada bu dəfə də Azərbaycanın Türkiyə istehsalı olan PUA-larla dastan yazan mübarizəsinə qarşı eyni qərarı qəbul edib.

Türkiyə XİN-in bəyanatında o da vurğulanıb ki, Kanada BMT mütəxəssisləri tərəfindən hazırlanan hesabatlara məhəl qoymayaraq bu əsrin ən böyük insanlıq dramlarından biri yaşanan Yəməndə böhranı hərbi müdaxilə yolu ilə həll etmək istəyən ölkələrə silah-sursat, hərbi texnika ixracatını, silah satışını bölgənin təhlükəsizliyinin təmin olunmasında iştirak kimi təqdim edir. NATO-da müttəfiqinə müdafiə avadanlığı ixracatının qarşısının alınmasının hər hansı izahatı yoxdur".

Türkiyə Xarici İşlər Nazirliyi Kanadanın bu addımını müttəfiqlik ruhuna uyğun gəlməyən, əməkdaşlıqdan uzaq bir davranış olaraq qiymətləndirib: “Kanadadan ikili standartlardan uzaq bir siyasət yürütməyi, ölkəsində Türkiyəyə qarşı dairələrin təsiri altında qalmadan və dar siyasi maraqlardan uzaq duracağını gözləyirik”.

Qeyd edək ki, qardaş Türkiyə vətən savaşında Azərbaycanın yanında olduğu üçün bir çox xarici qüvvələrin, xüsusən də ermənipərəst siyasətini açıq aşkar ortaya qoyan, Fransa və Kanadanın arzuolunmaz mövqeyi ilə üzləşdi. Lakin heç bir güc iki qardaş ölkənin bir-birinə dəstəyini, sevgisini  azalda bilmədi. Bəs görəsən, Türkiyə- Kanada əlaqələri iqtisadi-siyasi baxımdan hansı səviyyədədir və bu narazılıq qardaş ölkəyə ziyan vuracaqmı?

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, bu məsələdə  Kanadanın davranışı, məqsəd və məramı elə Fransa ilə eynidir: “Dövlət başçısı İlham Əliyevin də dediyi kimi, bu müharibə bir çox dövlətlərin əsl simasını ortaya çıxartdı. Biz bildik ki, bizimlə tərəfdaş olmaq istəyənlər kimlərdir, bizə xəyanət edən, erməni sepratizmini dəstəkləyən dövlətlər kimlərdir. Necə ki, Fransa əsl simasını ortaya qoydu. Müharibə bitəndən sonra Fransanın xarici işlər naziri açıqlama verdi ki, elə bir həll yolu ortaya qoyulmalıdır ki, Ermənistanın maraqlarına uyğun olsun. Bu münaqişədə vasitəçi və həmsədr olan ölkənin verdiyi açıqlamaya baxın. Kanada da Fransa ilə tərəfdaş olan dövlətdir, Fransanın yedəyində sürünür. PUA-ların istehsalı üçün lazım olan avadanlıqları satmadılar. Ancaq bu Türkiyə üçün problem olmadı, artıq qardaş ölkə özü həmin detalların istehsalına başlayıb. Sadəcə Kanada bununla göstərdi ki, ermənilərin maraqlarını müdafiə edir, onlara dəstək verir. Bu dövlətin sonrakı açıqlamaları da ondan xəbər verir”.

Politoloqun sözlərinə görə, Türkiyə hətta Kanada ilə iqtisadi münasibətlərdən qopsa belə böyük bir zərər görməyəcək: “Bunun Türkiyəyə elə bir təsiri olmayacaq. Çünki elə ciddi bir iqtisadi əlaqələri yoxdur. Fransa ilə iqtisadi əlaqələr isə var. Artıq müharibə bitdi, sülh prosesi başlayacaq. Bundan sonra Fransa da, Kanada da həm Türkiyə, həm də Azərbaycanla münasibətləri qaydasına qoymağa çalışacaqlar. Ancaq Makronun hakimiyyətdə olduğu dövrdə bu alınmayacaq. Onun Fransada reytinqi xeyli düşüb, ilyarımdan sonra növbəti prezident seçkiləri gözlənilir və çox güman ki, onun yerinə gələn dövlət başçısı normal münasibətlər qurmaq üçün addım atacaq. Makrondan qabaqkı prezidentlərin də ermənilərə simpatiyası olsa da, Azərbaycana yaxşı münasibətləri var idi. Jak Şerak, Fransua Olland, Nikola Sarkozi. Gələcək yeni prezident Makronun siyasətini davam etdirməsə, Azərbaycan və Türkiyə ilə normal münasibətlər formalaşdıracaq. Çünki Azərbaycan Cənubi Qafqazda Fransanın əsas tərəfdaşıdır. Kanada da PUA-lara görə Türkiyə ilə pozulan münasibətlərini normallaşdırmağa özü cəhd edəcək”.