|
Türkiyə COVİD-19-a qarşı hazırladığı vaksinlərin testlərinin ürəkaçan olduğunu bildirir

Amerika, İngiltərə, Rusiya və Çindən sonra qardaş Türkiyə də COVİD-19-a qarşı vaksinlərinin hazır olduğunu bəyan edib.

Bizim.Media “CNN Türk” -ə istinadən bildirir ki, İstanbul Tibb fakültəsinin də üzərində işlədiyi peyvəndin nəticələrinin ürəkaçan olduğu bildirilib.

Professor Tükek sınaq mərhələsində olan vaksinlərin İlk nəticələri çox əla alınıb deyib.
Həmçinin, o bildirib ki sınaqlar belə davam etdiyi halda və heç bir problem yaranmazsa yaz aylarında Covid-19-un azalacağı gözlənilir.

Professor virusun mutasiyaya uğramasının qorxulu olduğunu deyib. “Əgər virus mutasiyaya uğramazsa bir dəfə peyvənd olan insan ömürlük virusdan qoruna biləcək. Əgər virus mutasiyaya uğrayarsa yeni peyvəndlər lazım olacaq”, deyə Tükek bildirib.