|
"Aşk-ı-Memnu"nun aktyorları 12 il sonra görüşdülər

Türkiyədə sevilərək izlənilən və reytinq rekordu qıran "Aşk-ı-Memnu" serialının aktyorları bir araya gəliblər.

12 il aradan sonra aktrisalar Hazal Kaya və Pelin Ermiş yenidən görüşüb. Ekran işində Hazal “Nihal Ziyagil”,  Pelin  isə  evin xadiməsi Şahestenin qızı “Cemile” obrazına həyat verib. Uzun illərdən sonra görüşən aktrisalar birlikdə çəkdirdikləri fotonu İnstaqram hesablarında paylaşıblar.

 

Qeyd edək ki, "Aşk-ı Memnu"nun çəkilişləri başlayandan bitənə qədər hər iki obraz arasında gərginlik yaşanıb. Belə ki, serialda Cemilənin sevdiyi Bəşir Nihala aşiq olur. Bu da iki obraz arasında daima mübahisələrə səbəb olurdu.