|
Demet onu narahat edən kişini polisə verdi

Türkiyəli müğənni Demet Akalın polisə müraciət edib.

İFaçı ona gecə saatlarında zəng vuraraq narahat edən şəxsdən şikayətçi olub. Müğənni bildirib ki, həmin şəxs özünü Akalının evinin yerləşdiyi yaşayış kompleksinin işçisi kimi təqdim edib. Lakin sonradan həmin şəxsin Akalının yaşadığı binanın işçisi olmadığı məlum olub.

Demet telefon nömrəsinin sahibinin tapılaraq cəzalandırılmasını istəyib.

Hazırda baş verənlərlə bağlı araşdırmalar aparılır.