|
Ziyafət Əsgərov: “Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status artıq tarixə qovuşdu”

Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Ziyafət Əsgərov Qarabağ zəfəri münasibətilə Ali Baş Komandana, Azərbaycan Ordusuna və Azərbaycan xalqına təbrik və təşəkkürlərini çatdırdı.

O bildirdi ki, artıq Dağlıq Qarabağın statusu ilə bağlı iddialar da gündəmdən çıxarılıb. “Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status artıq tarixə qovuşdu”, Z.Əsgərov əlavə etdi. Komitə rəhbəri qardaş Türkiyənin böyük rolundan da danışdı: “Qardaş Türkiyə Cümhuriyyəti həmişə olduğu kimi, Vətən Müharibəsi günlərində də həmişə yanımızda oldu və bizə mənəvi-siyasi dəstək verdi”.