|
Spiker: “Artıq Qarabağ Azərbaycandır. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə!”

“Noyabrın 8-də Şuşanın azad edilməsi tarixi günə çevrilib. Artıq Şuşada üçrəngli bayrağımız dalğalanır”. Bu sözləri Milli Məclisin plenar iclasındakı çıxışında spiker Sahibə Qafarova söylədi.

Sədr bildirdi ki, bayrağımız digər torpaqlarımızda da dalğalanacaq: “Tezliklə üçrəngli bayrağımız Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaq. Əsgər və zabitlərimizin fədakarlığını heç zaman unutmayacağıq”. Sədr qələbə münasibətilə hər kəsi təbrik etdi: “Bildiyiniz kimi, keçən il cənab İlham Əliyev Valdey şəhərindəki səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsi Azərbaycanın qələbəsinə çevrildi. Artıq “Qarabağ-Azərbaycandır”. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qəhrəman Azərbaycan ordusuna! Eşq olsun Azərbaycan xalqına!”.

Deputatlar Sədrin çıxışını ayaq üstə alqışladılar.