|
Murat Boz məşhur aktrisa ilə eşq yaşayır?

 Türkiyəli müğənni Murat Boz aktrisa Farah Zeynep Abdullah ilə sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, son zamanlar tez-tez bir araya gələn ikilinin dostları ilə yemək yeyərkən çəkilən fotosu eşq iddialarını alovlandırsa da, Boz xəbərlərə sosial şəbəkə vasitəsilə cavab verib. O, Farahla sevgili olmadığını bildirib.

Bozun yaxın dostlarından biri isə hər iki sənətçinin yeni musiqi layihəsi üçün bir araya gəldiyini açıqlayıb.