|
Lavrov: “Rusiya və Türkiyənin Dağlıq Qarabağda ortaq vəzifələri var”

“Rusiya və Türkiyənin Dağlıq Qarabağda monitorinqlə bağlı ortaq vəzifələri var. Burada heç bir ikimənalılıq yoxdur. Ankara öz vəzifələrini başa düşür”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV nümayəndələrinə müsahibəsində deyib.

“Artıq dediyim kimi Türkiyə ilə ortaq vəzifələrimiz var - texniki nəzarət vasitələri ilə Azərbaycan tərəfdən sülhməramlı əməliyyat rayonundakı obyektiv vəziyyəti izləmək. Əməliyyat yalnız Rusiya Federasiyasının silahlı qüvvələrinin kontingenti tərəfindən həyata keçirilir. Burada hansısa ikimənalılıq yoxdur. Türk tərəfdaşlarımız