Sosial şəbəkələrdə Azərbaycan Xüsusi Təyinatlılarının Yuxarı Gövhər Ağa məscidində görüntüləri yayılıb.
Görüntülərdə hərbçilərimizin məscidi süpürərək təmizlədikləri görünür. Azərbaycan Ordusu tarixi qələbəsinin sevincini yaşayır, Vətənimizə, abidələrimizə sahib çıxır.
Qeyd edək ki, Yuxarı Gövhər Ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
Məscindən çəkilən görüntünü təqdim edirik:
