|
Bundesliqada bütün komanda karantinə alınıb

Almaniyanın “Hoffenhaym” klubunda koronavirus testlərinin nəticələri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Zinshaym təmsilçisində növbəti yoluxmalar aşkarlanıb.

Nəticədə Bundesliqa klubu tam tərkibdə karantinə alınıb. Buna xəstəliyin durmadan artması səbəb olub.