|
Murad Boz: “Vətən torpaqlarını geri alan Azərbaycan xalqını təbrik edirəm!”

Türkiyənin məşhur müğənnisi Murad Boz Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib.

Musavat.com bildirir ki, sənətçi bununla bağlı öz “İnstagram” səhifəsində paylaşım edərək, bunları yazıb:

“Vətən torpaqlarını geri alan Azərbaycan xalqını və şanlı Azərbaycan ordusunu ürəkdən təbrik edirəm!”