Görünən budur ki, “Böyük Ermənistan”, müstəqil “Artsax” kimi xəstə xülyalarla yaşamış xalq və hakimiyyət başına gələnlərdən sonra da ağllanmayıb
Sentyabrın 27-də Qarabağda başlamış müharibənin Ermənistanın belini necə qırdığını təqdim etdiyimiz xəritələrdə görmək mümkündür. Birinci xəritə hərbi əməliyyatlaradək Dağlıq Qarabağ və ətraf rayonlarımızın işğalda olduğu dövrü əhatə edir. İkinci xəritədə göy rəngdə bizim azad etdiyimiz torpaqlar, qırmızı zona Ermənistanın dekabrın 1-dək boşaldacağı rayonlar və sonda “Artsax”dan nə qalacağı (yaşıl rəngdə) əks olunub. Üçüncü xəritə isə erməni qoşunlarının bufer adlandırdıqları rayonlardan - Kəlbəcər, Laçın və Ağdamın boşaldılmasından sonrakı mənzərəni əks etdirir. Xəritədə qalan “qara zona”-Ermənistanın ürəyinə dağ çəkmiş qəhrəman Azərbaycan Ordusunun yaratdığı “Artsax”ın yekun görünüşüdür. Hələ ki...
Yeri gəlmişkən, Rusiya ordusunun baş qərargahının əməliyyat baş idarəsinin rəisi Sergey Rudskoy Qarabağa göndərilən rus sülhməramlılarının artıq Laçın dəhlizini və Laçın yolunun - Lesaqor sovxozunun (Turşsu) hissəsini bu saatlarda nəzarətə götürdüklərini söyləyib. Orada müvəqqəti müşahidə postları qurulub...
![]()
Ermənilərin nə itirdiyi, bizim bu savaşdan şəhidlərimizin qanı bahasına nələri qazandığımızı bu xəritələr aydın göstərir. Ermənilərin dərin kədərini və göz yaşlarını bu xəritələrə baxanda anlamaq olar. Daha betər olsunlar...
Əlbəttə, o xəritədə qara rənglənmiş köksümüzdə qalan yara da Azərbaycanın tarixi əraziləridir. Görünən isə budur ki, “Böyük Ermənistan”, müstəqil “Artsax” kimi xəstə xülyalarla yaşamış xalq və hakimiyyət başına gələnlərdən sonra da ağllanmayıb. Yenə də Qarabağda say etibarilə artmaqdan, yenə güclənməkdən, yenə dirçəlməkdən danışırlar, nələrəsə ümid edirlər. O səbəbdən diqqətlə baxsanız, görərsiz ki, düşmən ölkədə məğlubiyyətə görə bir-birlərinə ancaq söyüş və nifrət yağdırmırlar, həm də “erməni xalqının böyük ideyaları naminə” birləşməyə, ağır vəziyyətdən çıxmağa çağırış edirlər. Başqa bir xalq bu məğlubiyyətdən sonra tam fərqli düşünərdi. Məsələn, faşist Almaniyası məğlub olandan sonra da işğalçı və debil Adolf Hitler ideologiyasını davam etdirməkdən əl çəkməsəydilər, indi alman xalqı bəlkə də yer üzündə ermənilər kimi bir ovuc qalmışdılar...
![]()
Son iki gündə erməni siyasətçiləri açıq deməyə heyləri olmasa da, yenə o havadadırlar ki, “hələ hər şey itirilməyib, hələ də mübarizə davam edir”. Baxın, sərsəm “Artsax” xülyasından xəritədə bir ovuc kül qalıb, amma bunlar yenə o torpaqlarda doğub-törəmək, artmaq, möhkəmlənmək, hətta yenidən əvvəlki işğalçı siyasətlərinə davam etdirmək mesajları verirlər. O səbəbdən də Azərbaycan cəmiyyətində Qarabağda ermənilərin qalmasından narahatlıqlar var. Çünki naqislik, nakişilk bu xalqın xəmirindədir və son müharibə onlarda Azərbaycana olan nifrəti birə-beş artırıb. Bu nifrət də onları Qarabağda qalmağa vadar edir ki, imkan düşən, bir az dirçələn kimi yenidən bizə qarşı silahlarını çevirsinlər.
Erməni cəmiyyəti baş verənlərdən böyük depressiya və məyusluq içərisindədir, amma bu xalqı narkoman kimi ayaqda saxlayan “iynə” var: böyük illuziyalar. Öz orduları haqda da elə müharibə başlayanadək illuziyalar içərisində idilər, Ordumuz onları öz qanlarında boğdu. Amma yenə ayaqda qalmağa səbəb tapırlar.
Baş nazir Paşinyanın bugünkü açıqlaması da buna misaldır. Paşinyan deyib ki, əgər razılaşmaya imza atmasaydı, Azərbaycan Ordusu “Artsaxın paytaxtı” Xankəndiyə də girəcəkdi. “Müharibə davam etsəydi, onda böyük ehtimalla erməni tərəfi yalnız Stepanakerti deyil, Martuni və Əsgəranı da itirmiş olardı” deyə, erməni baş nazir bildirib. Erməni baş nazir onu da deyib ki, Azərbaycan Ordusu Şuşanı nəzarətə götürəndən sonra erməni silahlıları iki dəfə şəhərə girməyə çalışıblar, amma buna müvəffəq olmayıblar.
Nüfuzlu Rusiya mediaları yazır ki, Ermənistanı ipdən alaraq xilas etməsinə baxmayaraq, İrəvan hakimiyyəti məğlubiyyətə görə məsuliyyəti Moskvanın da üzərinə qoymaq istəyir. Media bunu açıq mətnlə erməni nankorluğu kimi qiymətləndirir.
Nüfuzlu mk.ru saytının bu barədə yazdığı məqalə diqqət çəkir. “Paşinyan siyasi instinktini o qədər itirib ki, sosial şəbəkələrdə iqamətgahına soxulan etirazçıların kabinetindən kompüter, saat, ətir, sürücülük vəsiqəsi və digər əşyalar oğurlandığını deyir. Hakimiyyətini itirmək təhlükəsi ilə üzləşən baş nazirin ətirini və saatını oğurlayanların arxasınca düşməsi təəccüblüdür. İtirilmiş saatlar və ətirlər üçün kədərlənməyin.
Siyasi nüfuzunuzu itirdiyiniz və bəlkə də çox keçmədən mövqeyinizi itirəcəyinizin fonunda bu nədir ki? Ermənistanın Azərbaycanla hərbi qarşıdurmada məğlub olması və 1988-ci ildən bəri uğrunda mübarizə apardığı ərazinin itirilməsi perspektivi ilə üz-üzə qalması fonunda Paşinyan isə itirilmiş əşyalarını axtarır” deyə, məqalədə bildirilir.
Ermənistanda isə canı alınmış “Arstax”a görə etirazlar yeni fazaya daxil olur. Bir neçə saat əvvəl İrəvanın baş meydanında aksiya keçirməyə cəhd etmiş Ermənistan parlamentinin sabiq spikeri Arsen Babayanı və erməni oliqarx Qaqik Tsarukyanı həbs ediblər. Onlar Paşinyanın imzaladığı sənədə qarşıdırlar. Biz də diqqətli olmalıyıq- düşmən nəinki təslim olmayıb, göründüyü kimi, sərsəm xəyallarından əl çəkməyiblər, əksinə, Azərbaycana qarşı yeni müqavimət mərkəzləri yaratmağa çalışırlar.
Sonda. Cəmiyyətdəki bəzi təftişçi əhval-ruhiyyədən zənnimcə, narahat olmağa dəyməz. Azərbaycan böyük bir prosesi tamamlayıb, hərbi faza mərhələsi bitib, indi daha çox danışmaq, fikir mübadiləsi aparmaq üçün zaman və fürsət yaranıb. Xalq olaraq müharibə sınağından alnıaçıq çıxdıq, Azərbaycan Ordusuna və Ali Baş Komandana inanılmaz dəstək olduq. O səbəbdən bundan sonrakı təhlillər, rəylər qərəzli və zərərli olmamaq, o cümlədən siyasi ambisiyalar güdməmək şərti ilə mümkündür.
MUSAVAT
