|
“Tezliklə Şuşaya gedəcəyəm” – Sinan Akçıl

Türkiyəli müğənni Sinan Akçıl ötən gün İstanbulun Nişantaşı səmtində görüntülənib.
Sənətçi jurnalistlərə açıqlamasında Şuşaya getmək istədiyini bildirib.
“Tezliklə Şuşaya gedəcəyəm və orada “Sən daima yaşa, Azərbaycan” mahnısını oxuyacağam”, - deyə S. Akçıl bildirib.
Qeyd edək ki, ifaçı sözügedən mahnını azərbaycanlı həmkarı Səidə Quliyeva ilə birlikdə ifa edərək klip çəkdirib.