“Biz qalib gəldik! Bütün Azərbaycanın gözü aydın olsun! Biz qalib gəldik, dikəldik, Allahın köməkliyi ilə alnımızdakı o ləkə silindi”.
Bu sözləri Xalq artisti Afaq Bəşirqızı Qələbə münasibəti ilə Musavat.com-a danışarkən bildirib. Xalq artisti daha sonra sevinc göz yaşları içərisində aşağıdakıları qeyd edib:
“Allah şəhidlərimizə rəhmət etsin. Bir yumruq kimi birləşdik, xalq olaraq bir-birimizi başa düşdük. Ali Baş Komandanın da qeyd etdiyi kimi, bir millət olaraq, yumruq kimi birləşməyimiz bizə qalibiyyət yolunda əzmli addım atmağa kömək etdi. Bu yumruğu tanrı heç zaman sarsıtmasın. Biz birlikdə güclüyük!
Azərbaycan həqiqətən də qüdrətli bir dövlət, azərbaycanlılar isə çox güclü millətdir”.
