Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova Qələbə sevincini "İnstagram" səhifəsində izləyiciləri ilə bölüşüb.
Musavat.com xəbər verir ki, müğənni Qarabağın işğaldan azad olunmasını daim xəyal etdiyini, artıq xəyalların gerçək olduğunu bildirib:
"Azərbaycanın gözünün nuru Qarabağı alacağıq!" cümləsi xəyal ikən gerçək oldu. Ölmədik, şəhidlərimizin, əsgərlərimizin, zabitlərimizin, böyük ordumuzun sayəsində bu günləri də gördük.
Ruhunuz şad olsun!
Bu torpaq, millət, vətən artıq bizlərə əmanətdir. Əmanətlərinə gözümüz kimi baxmalıyıq, əzizləməliyik. Bir olmalıyıq! Bölünməyə qoymamalıyıq!
Savadlı övladlar yetişdirməliyik. Yeni, möhtəşəm tarixli bir səhifə var önümüzdə.
Çox xoşbəxtəm. Bu gün övladlarıma müjdəni verərkən qürur hissi ilə "Ata Vətəninizin dəstəyi ilə, Ana Vətənimizin işğal altında olan torpaqları azad edildi” dedim.
Yaşasın Azərbaycan dövləti. Yaşasın Ali Baş Komandan!
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Qarabağ Azərbaycandır!”
