|
“Beşiktaş”ın üç futbolçusu koronavirusa yoluxub

Türkiyənin “Beşiktaş” klubunun 4 üzvü koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, infeksiya üçün testi müsbət nəticə verənlərdən üçü futbolçudur.

Digər yoluxma klubun əməkdaşlarından birində aşkarlanıb. İstanbul təmsilçisi xəstəliyə tutulanların adlarını açıqlamayıb. Koronavirusa yoluxanlar karantinə alınıb.