|
Nefin qiyməti 44 dollara yaxınlaşdı

Dünya neft bazarında qiymətlərin 10 faizdən çox yüksəlməsi müşahidə olunur. Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Londonun LCE birjasında Brent markal neftin yanvar fyuçerslərinin qiyməti 10.14 faiz bahalaşmaqla 43,45 dollara, Nyu-Yorkun NİMEX electron birjasında WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 10,9 faiz yüksəlməklə 41,19 dollara qalxıb.

Analitik mərkəzlər bu artımın əsas səbəbi kimi ABŞ-ın “Rfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin koronavirusa qarşı hazırladıqları peyvəndin 90 faizdən yuxarı müsbət nəticə verməsinə dair bəyanatlarını qeyd edirlər.

Bundan əlavə, ABŞ-da prezident postuna Co Baydenin seçilməsi də bazar üçün müsbət siqnal rolunu oynayıb.