|
Ukrayna Prezidenti koronavirusa yoluxdu

Ukrayna prezidenti Vladimir Zelenskidə COVID-19 aşkarlanıb.

Bu barədə dövlət başçısı özü rəsmi "Twitter" səhifəsində bildirib.

O, özünü yaxşı hiss etdiyini və çoxlu vitamin qəbul etdiyini deyib. Ukrayna prezidenti özünü təcrid edəcəyini, lakin işləyəcəyini də qeyd edib.