Erməni politoloqu, terrora açıq çağırış edən Stepan Danelyan barəsində Azərbaycan Baş Prokurorluğu araşdırmalara başlayıb.
Bu haqda Musavat.com-a tanınmış vəkil Cavad Cavadov məlumat verib. Vəkil deyib ki, Stepan Danelyan özünün sosial şəbəkə hesabında post paylaşaraq, işğal olunan torpaqlardan çıxdıqları halda Sərsəng su anbarını partlatmaq, çayları zəhərləmək və s. Kimi terrora çağırış edib. Sonradan o, bu statusu silib. Vəkil deyib ki, post silinsə də, kifayət qədər tirajlanıb.
![]()
Buna görə də Stepan Danelyanın postunun skrinlərini də əlavə etməklə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevə müraciət edib.
"Bu gün baş prokuror Kamran Əliyevdən cavab məktubu aldım.
Müraciətimə görə təşəkkür bildirməklə, faktın araşdırıldığını və zəruri tədbirlər görüləcəyi bildirilib",- deyə vəkil qeyd edib.
Operativ cavaba görə Baş Prokuror Kamran Əliyevə təşəkkürünü bildirib.
