Şəmkir Rayon İcra Hakimiyyəti Silahlı Qüvvələrin Yardım fonduna 200 min manat ianə köçürüb.
Bu gün Azərbaycan xalqının, o cümlədən şəmkirlilərin həmişəki kimi qətiyyətlətli mövqeyinə görə Ali Baş Komandan Cənab İlham Əliyevlə və ordumuzla fəxr qürur duyduqları ifadə olunub.
Bütün işğal olunan torpaqlarımızın azad edildiyi və tarixi ədalətin bərpa olunduğu xəbərinin möhtərəm Prezident, Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən tezliklə elan olunacağı günü səbirsizliklə gözlədikləri bildirilib.
