Gələcəkdə ABŞ-la bir neçə mövzuda razılaşmayacağımız dəqiqdir.
Axar.az xəbər verir ki, bunu TBMM Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç “A Haber”ə açıqlamasında deyib.
O bildirib ki, seçkilərin nəticələri dəqiqləşmədən qəti danışmaq lazım deyil:
“Görünən odur ki, Co Bayden qələbəyə yaxındır. ABŞ-Türkiyə arasında münasibətlərin enişli-yoxuşlu olduğu doğrudur. Cənab Ərdoğanın liderliyində beynəlxalq arenada mövqeyimizi göstərməkdə davam edəcəyik. Türkiyə bölgədə ən vacib gücdür. Gələcəkdə ABŞ-la bir neçə mövzuda razılaşmayacağımız dəqiqdir. Xüsusilə, Suriyadakı terror təşkilatları ilə münasibətlərə yanaşmalarda fərqlilik olacaq”.
