"Ermənilər öz torpaqlarında deyil, özgə ərazidə döyüşür".
Bu sözləri Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç bildirib. O, bildirib ki, erməni hərbiçiləri müharibədə döyüşmək istəmirlər:
"Biz döyüşdə mənimlə bərabər 60 nəfər idik. Deyə bilərəm ki, onlar döyüşmək istəmirdilər. Onlar sülh tərəfdarıdırlar. İstəyirlərdilər ki, müharibə tezliklə başa çatsın. Onların əksəriyyəti gənclər idi və hər kəs öz evinə qayıtmaq, ailəsinə qovuşmaq istəyirdi. Həyat yoldaşları körpələri var idi. Necə ki, mənim də ailəm, 9 aylıq qızım var və həsrətlə onu görmək istəyirəm".
