|
Həftənin oyunçusu adına namizədlər - Avroliqa

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli, Çexiya "Sparta"sından Lukaş Yuliş və Fransanın "Lill" komandasından Yusuf Yazıcı yer alıb.

Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.