Milli Məclisin növbəti plenar iclası keçirilir.
Spiker Sahibə Qafarova giriş nitqində bildirib ki, bu gün Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilanda, bir sıra qəsəbələrdə və 200-dən çox kənddə Azərbaycan bayrağı dalğalanır.
S.Qafarova ordumuzun qələbələrindən bəhs edib: “Bir ay on gün müddətdə Azərbaycan ordusu sübut etdi ki, o, mümkün olmayanı etməyə qadirdir. Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılıb, çoxsaylı canklı qüvvəsi və hərbi texnikası məhv edilib”.
Sədr deyib ki, getdikcə Azərbaycanın haqlı davasını müdafiə edənlərin sıraları genişlənir: “Cənab İlham Əliyevin demək olar ki, hər gün xarici KİV-lərə müsahibələr verməsi, erməni faşizminin mahiyyətini ifşa etməsi bu mənada mühüm rol oynayır. Möhtərəm prezidentimiz yorulmaz və məqsədyönlü fəaliyyəti ilə hər kəsə, o cümlədən biz deputatlara nümunədir. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı Şuşa, Laçın, Xankəndində, digər şəhər və kəndlərdə dalğalanacaq. Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!”
Deputatlar sürəkli alqışlarla sədrə dəstək ifadə etdilər.
