İtaliyanın məşhur aktrisası Klaudiya Kardinale Azərbaycanla bağlı müsbət fikirlərini bölüşüb.
Məşhur aktrisa "Nargis magazine” jurnalına açıqlama verərək bunları bildirib:
“Bakı gecələri çox xoşuma gəldi. Şəhər işıq saçır, hər yerdə işıqlar var”.
Xatırladaq ki, Klaudiya Kardinale bir müddət əvvəl Bakıda qonaq olub. İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi “Yaraşıqlı Antonio”, Alen Delonla birlikdə rol aldığı “Rokko və onun qardaşları”, eləcə də “Leopard”, “Böyük Ayının dumanlı ulduzları”, “İnteryerdə ailə portreti” kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirib.
Həmçinin K.Kardinale “Çəhrayı pantera” filmindəki obrazı ilə Hollivudu da “fəth edib”.
